Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı

   Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
  20 Mart 2020    Oxunub:2544
Nazirlər Kabinet Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında qərar verib.
Azvision.az xəbər verir ki, qərara əsasən nazirliyin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılıb.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Nizamnaməsi və Strukturu təsdiq edilib.

Yeni publik hüquqi şəxsin nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və işsizlikdən sığorta fondunun vəsaiti hesabına formalaşdırılır.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti