Ədliyyə Nazirliyi vətəndaş qəbulunu dayandırdı

  19 Mart 2020    Oxunub : 1502
Ədliyyə Nazirliyi vətəndaş qəbulunu dayandırdı
Əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə ölkəmizdə COVİD-19 virusu pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirləri müəyyən edilib, vətəndaşlara kütləvi yerlərdən və qapalı məkanlardan uzaq durmaq tövsiyə olunub, dövlət qurumlarına vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul olunması, mümkün olduğu halda, səyyar xidmətlərin göstərilməsi tapşırılıb.
Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Nazirlər Kabinetinin təlimatına əsasən nazirlikdə vətəndaşların qəbulu təxirə salınıb.

Müraciətlər nazirliyə aşağıdakı vasitələrlə edilə bilər:

elektron poçt ünvanına ([email protected]) göndərilməklə;

rəsmi internet saytda "Vətəndaşlar üçün əlaqə" bölməsi (https://azvision.az/redirect.php?url=http://justice.gov.az/home/contact) vasitəsilə elektron qaydada;

"İnteraktiv əlaqə" bölməsi (https://azvision.az/redirect.php?url=http://justice.gov.az/categories/1035) vasitəsilə müraciətlərin onlayn rejimdə cavablandırılması yolu ilə;

(012) 538-08-57 nömrəli telefona faks göndərilməklə;

Nazirliyin əsas (ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 1), həmçinin icra və probasiya xidmətlərinin və istintaq idarəsinin yerləşdiyi (ünvan: Bakı şəhəri, Süleyman Dadaşov küç., 84/3) inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün xüsusi quraşdırılmış qutularına daxil edilməklə.

Bütün bu müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Qanunda nəzərdə tutulmuş qaydada baxılacaq.

Həmçinin bildirilir ki, nazirlikdə "Qaynar xətt" (012-539-76-75) xidməti interaktiv fəaliyyət göstərir.

Eyni zamanda vətəndaşlar (012)-510-10-01 daxili: 21-01//21-04/21-25 telefon nömrələri vasitəsilə nazirliyin qəbuluna məsul şəxslərlə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Azvision.az

Teqlər: Ədliyyə-Nazirliyi   Qəbul