Bayramda Abşeron dairəvi dəmir yolu istifadəyə veriləcək

Bayramda Abşeron dairəvi dəmir yolu istifadəyə veriləcək
  20 Mart 2020    Oxunub:2586
Martın 20-dən Abşeron dairəvi dəmir yolu bütün stansiya və dayanacaqlar daxil olmaqla sərnişinlərin ixtiyarına veriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli müəyyənləşib.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarların bu hərəkət qrafiki məhz bayram günləri üçün nəzərdə tutulub. Cədvəl martın 20-dən 28-dək (28 mart tarixi daxil olmaqla) qüvvədə olacaq. Qatarların həmin tarixdən sonrakı hərəkət cədvəli barədə əlavə məlumat veriləcək.

Qatarların hərəkət qrafiki və tariflərlə daha ətraflı aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz.





Azvision.az


Teqlər:





Xəbər lenti