Gəncə sakinindən marixuana götürülüb

Gəncə sakinindən marixuana götürülüb
  20 Mart 2020    Oxunub:1447
Gəncə şəhər sakini A.Məhərrəmov saxlanılmış və ondan marixuana aşkar edilərək götürülüb
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini A.Məhərrəmov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 14 qrama yaxın marixuana götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən isə əlavə olaraq 408 qram marixuana götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik   Cinayət  





Xəbər lenti