YAP-ın təşəbbüsü ilə yeni aksiya başladı

YAP-ın təşəbbüsü ilə yeni aksiya başladı
  20 Mart 2020    Oxunub:1522
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib.
YAP-ın Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aksiyaya partiyanın rayon və şəhər təşkilatları, fəal üzvləri qoşulublar.

Məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

Azvision.az



Teqlər: YAP   Koronavirus  





Xəbər lenti