Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO

  20 Mart 2020    Oxunub : 1524
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus hissəsində taktiki təlim keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətin Azvision.az -a verilən məlumata görə, taktiki təlimin əsas məqsədi ilkin mərhələdə qarşıya qoyulan üzən minanın və dəniz hədəfinin artilleriya atışı ilə məhv edilməsi olub. Təlim zamanı gəminin idarə olunması, verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi, şəxsi heyətin hazırlıqları bir daha nəzərdən keçirilib.









Azvision.az

Teqlər: MN   HDQ