Daha üç ölkədə koronavirus sürətlə yayılır

   Daha üç ölkədə koronavirus sürətlə yayılır
  21 Mart 2020    Oxunub:2831
Cənubi Koreyada gün ərzində koronavirusa 147 yoluxma qeydə alınıb.

Azvision.az xəbər verir ki, ölkədə COVID -19 infeksiyasına yoluxanların ümumi sayı 8 799 nəfərə çatıb. Artıq 102 nəfər pandemiyanın qurbanı olub.
Yaponiyada isə COVID-19 koronovirusuna yoluxanların ümumi sayı 1724 nəfər olub. Ümumilikdə virusdan 43 nəfər dünyasını dəyişib.

Almaniya Səhiyyə Nazirliyinin tabeliyində olan “Robert Koch” İnstitutunun martın 20-nə olan rəsmi məlumatında isə ölkə üzrə virusa yoluxanların sayı 13 min 957 nəfərdir. Onlardan 31 nəfəri həyatını itirib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Virus   Almaniya   Koreya  





Xəbər lenti