Koronavirusdan qorunmağın yolları - VİDEOLAR

 Koronavirusdan qorunmağın yolları -    VİDEOLAR
  21 Mart 2020    Oxunub:3699
Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.
Vergilər Nazirliyindən Azvision.az -a daxil olan məlumata görə, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb. Bu sosial çarxlar “Yaşlıları koronavirusdan qoruyaq!”, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?” və “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?” mövzularına həsr edilib.

KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərindən həmin çaxrları öz internet səhifələrində və sosial şəbəkə səhifələrində yerləşdirmələri xahiş olunur.

Təbliğat və təşviqat materiallarını yükləmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:









Azvision.az



Teqlər: Virus  





Xəbər lenti