“Akkord” ASC dövlət başçısının çağırışına səs verdi

  “Akkord” ASC dövlət başçısının çağırışına səs verdi
  21 Mart 2020    Oxunub:4025
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin kollektivi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə tam dəstək olaraq bu istiqamətdə təşəbbüslərini davam etdirir.
Azvision.az xəbər verir ki, Korporasiyanın Müşahidə Şurası dövlət başçısının koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi, dünya bazarlarında baş verən kəskin dalğalanmaların əhaliyə, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı martın 19-da imzaladığı Fərmanla yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1 000 000 (bir milyon) manat məbləğində vəsait köçürüb.

Azvision.az



Teqlər: Akkord   Fond  





Xəbər lenti