İranda bir gündə minə yaxın şəxs virusa yoluxdu

   İranda bir gündə minə yaxın şəxs virusa yoluxdu
  21 Mart 2020    Oxunub:3844
İranda son 24 saatda koronavirusa 966 nəfər yoluxub, 123 nəfər həyatını itirib.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin və Tibbi təhsilin ictimaiyyətlə əlaqələr üzrə departamentinin rəhbəri Kiyanuş Cahanpur bildirib.
Onun sözlərinə görə, ümumilikdə ölkə üzrə indiyədək 20 610 nəfər virusa yoluxub, 1556 nəfər həyatını itirib.

Bundan başqa, iranlı alim Mustafa Qəninin koronavirusun müalicəsi üçün yeni dərmanı testdən keçirilib və səmərəli olduğu bildirilib. Xüsusi xəstəxanalarda müalicə olunanlar məhz M.Qəninin hazırladığı preparat vasitəsilə sağalıblar.

Azvision.az



Teqlər: İran  





Xəbər lenti