İranla sərhəddə silahlı insident - 8 nəfər saxlanıldı

  İranla sərhəddə silahlı insident -  8 nəfər saxlanıldı
  22 Mart 2020    Oxunub:2734
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 20-dən 21-nə keçən gecə saat 02 radələrində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələri gizli saxlanc yerindən götürməyə cəhd göstərən 8 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həmin şəxslər saxlanılarkən polisin qanuni tələblərinə tabe olmayaraq idarə etdikləri avtomobilləri onların üzərinə sürərək həyat və sağlamlıqları üçün real təhlükə yaratdıqlarından polis əməkdaşları xidməti silah tətbiq ediblər. Bu zaman cinayətin iştirakçılarından ikisi yaralanıb.

Tutulmuş şəxslərin istifadəsində olan avtomobillərə baxış keçirilərkən ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitələr - heroin, tiryək, marixuana və metamfetamin aşkar edilib götürülmüşdür.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Azvision.az



Teqlər: DİN   İran   Narkotik   Silah   İnsident  





Xəbər lenti