Bu gündən kafe və restoranlar saat 15:00-da bağlanacaq

 Bu gündən kafe və restoranlar saat 15:00-da bağlanacaq
  22 Mart 2020    Oxunub:5370
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilib.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

Qeyd olunub ki, ictimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər. Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda, zəruri qidalanma imkanlarını da saxlamaqdır.

Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.

Azvision.az


Teqlər: Restoran   Çayxana  





Xəbər lenti