Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım etdi

  22 Mart 2020    Oxunub : 742
 Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım etdi
Afrika İttifaqı Komissiyasının etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bu təşkilata ölkəmiz tərəfindən 20 min ABŞ dolları məbləğində yardım göstərilib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sözügedən yardım ölkəmizin Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayev tərəfindən təşkilatın Sosial Məsələlər üzrə Komissarı xanım Amira Elfadilə təqdim olunub.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə göstərilmiş bu yardım son dövrlər Afrikanın bir çox ölkələrində, xüsusilə Konqo Demokratik Respublikasında Ebola epidemiyasının törətdiyi sosial-iqtisadi fəsadların aradan qaldırılmasına köməklik məqsədilə ayrılıb.

Azvision.az

Teqlər: XİN   Yardım