Bakıda kafedə yanğın olub

Bakıda kafedə yanğın olub
  22 Mart 2020    Oxunub:1202
Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 80 m² olan kafenin mətbəxində lambirindən ibarət divar üzlüyü 2 m² sahədə əriyib, yüksək temperaturdan soyuducu qarsalanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   Bakı   Kafe   FHN  





Xəbər lenti