Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

  22 Mart 2020    Oxunub : 1751
 Türkiyədə koronavirusdan ölənlərin sayı artdı
Bu gün Türkiyədə koronavirusdan 9 yeni ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. O bildirib ki, Türkiyədə 289 yeni yoluxma halı aşkar edilib.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 30-a, yoluxanların sayı 1236 nəfərə çatıb. Rəqəmlərin növbəti saatlarda artacağı istisna edilmir.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus