XİN: Azərbaycan Abxaziyadakı “prezident seçkiləri”ni tanımır

  23 Mart 2020    Oxunub : 856
 XİN: Azərbaycan Abxaziyadakı “prezident seçkiləri”ni tanımır
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

Azvision.az

Teqlər: XİN   Abxaziya   Seçki