“Qalatasaray”ın vitse-prezidenti və xanımı koronavirusa yoluxdu

 “Qalatasaray”ın vitse-prezidenti və xanımı koronavirusa yoluxdu
  23 Mart 2020    Oxunub:3603
Türkiyənin “Qalatasaray” futbol klubunun vitse-prezidenti Abdurrahim Albayrak və həyat yoldaşı Şükran Albayrak koronavirusa yoluxublar.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı klubun meneceri Mert Çetin məlumat verib.

O, "İnstagram" hesabında Abdurrahim Albayrakla birgə çəkdirdiyi fotonu paylaşıb və ona şəfa diləyib.

Qeyd edək ki, Abdurrahim Albayrak koronavirus şübhəsi ilə keçən həftə Yeşilköydəki Acıbadem xəstəxanasına yerləşdirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: AbdurrahimAlbayrak  





Xəbər lenti