ASCO 500 min manatlıq dəstək verdi

ASCO 500 min manatlıq dəstək verdi
  23 Mart 2020    Oxunub:1919
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) korporativ sosial məsuliyyəti çərçivəsində koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
ASCO-dan Azvision.az -a verilən məlumata görə, Fonda 500 min manat məbləğində vəsait köçürüb. Eyni zamanda, koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri davam etdirilir. Həmçinin, şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və “qaynar xətt” də fəaliyyət göstərir.

Azvision.az


Teqlər: ASCO   Dəstək  





Xəbər lenti