Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

 Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb
  23 Mart 2020    Oxunub:2707
Sərnişin axınının azalması ilə əlaqədar martın 24-dən 28-dək (28 mart tarixi daxil olmaqla) Bakıdan 17:00, 18:30 və 19:55-də yola düşən, geriyə isə Sumqayıtdan 17:45, 18:45 və 19:30-da yola düşən elektrik qatarların hərəkəti dayandırılır.
Bu barədə Azvision.az -a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, Bakı-Pirşağı-Sumqayıt-Bakı istiqaməti üzrə hərəkət edən digər qatarların cədvəlinə dəyişiklik edilməyib.

Azvision.az



Teqlər: Bakı   Sumqayıt   Qatar  





Xəbər lenti