AQTA koronavirusla mübarizəyə pul ayırıb

AQTA koronavirusla mübarizəyə pul ayırıb
  23 Mart 2020    Oxunub:1534
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.
AQTA-dan Azvision.az - a verilən məlumata görə, agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) publik hüquqi şəxsi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait köçürülüb.

Bəşəriyyətin koronavirusa qarşı mübarizə apardığı bu dövrdə Agentliyin kollektivi də xalqımızla həmrəydir.

Azvision.az


Teqlər: AQTA   Koronavirus  





Xəbər lenti