AZAL uçuşları ikinci terminaldan həyata keçirəcək

AZAL uçuşları ikinci terminaldan həyata keçirəcək
  23 Mart 2020    Oxunub:2042
Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.
Bu barədə Azvision.az -a "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumat verilib.

Qeyd edək ki, koronavirus infeksiyasının (“COVİD-19”) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.

Azvision.az



Teqlər: AZAL   Koronavirus  





Xəbər lenti