Rayonlardan gələn 4 min avtomobil geri qaytarılıb

 Rayonlardan gələn 4 min avtomobil geri qaytarılıb
  23 Mart 2020    Oxunub:2206
Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması barədə Nazirlər Kabineti yanında Operativ Qərərgahın müvafiq qərarının icrası çərçivəsində Bakı-Qazax avtomobil yolunun 65-ci, Bakı-Şamaxı avtomobil yolunun 26-cı və Bakı-Quba avtomobil yolunun 45-ci kilometrliklərində sutkalıq fəaliyyət göstərən 3 xüsusi polis postu yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu günədək müəyyən edilən məhdudiyyəti pozmaqla Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna daxil olmaq istəyən 4000 avtomobil geri qaytarılıb.

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti