Ədliyyə Nazirliyi Prezidentin çağırışına qoşuldu

Ədliyyə Nazirliyi Prezidentin çağırışına qoşuldu
  24 Mart 2020    Oxunub:1646
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən könüllü ianələr edilir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin rəhbərliyi və kollektivi bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək göstərilməsi təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqlarından 870 min manat məbləğində vəsaitin köçürülməsi qərara alınıb.

Ədliyyə işçiləri koronavirusla mübarizədə dövlətimiz və xalqımızla həmrəy olduğunu bəyan edirlər.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti