Küçədə qrup şəklində gəzmək qadağan olundu

Küçədə qrup şəklində gəzmək qadağan olundu
  24 Mart 2020    Oxunub:5311
Sabahdan Azərbaycanda ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərarında bildirilib.

İnsanlarla təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilib.

Qeyd edək ki, Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Koronavirus   Xüsusi-rejim  





Xəbər lenti