“Heç bir ölkənin səhiyyəsi koronavirusa hazır deyildi” - Nazir müavini

 “Heç bir ölkənin səhiyyəsi koronavirusa hazır deyildi”  -    Nazir müavini
  24 Mart 2020    Oxunub:3048
İrimiqyaslı koronavirus epidemiyasının qarşısının alınması üçün heç bir ölkənin səhiyyəsi hazır deyildi. Xəstəlik çox hallarda yüngül və simptomsuz keçir. 20 faiz halda oksigen terapiyası, 5 faiz halda isə ağciyərlərin süni terapiyası tətbiq edilir.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, karantin rejimində tibb işçiləri adi qaydada fəaliyyətlərinə davam edəcəklər.

“65 yaşdan yuxarı tibb işçiləri vəzifə borcunu yerinə yetirəcək. Xüsusi karantin rejimi 65 yaşdan yuxarı və tənha insanlar üçün nəzərdə tutulub”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti