Azərbaycanda minə yaxın şəxs karantinə alınıb - RƏSMİ

Azərbaycanda minə yaxın şəxs karantinə alınıb -   RƏSMİ
  24 Mart 2020    Oxunub:2958
Hazırda Azərbaycanda minə yaxın şəxs koronavirusla bağlı karantindədir.

Azvision.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, karantində olan şəxslərin sayı tez-tez dəyişir.

Nazir müavini, həmçinin qeyd edib ki, bu günə qədər 10 mindən çox şəxs koronavirusla əlaqədar test edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Karantin   Koronavirus  





Xəbər lenti