“Cənub zonasında yoluxma daha çoxdur” - Nazir müavini

 “Cənub zonasında yoluxma daha çoxdur” -    Nazir müavini
  24 Mart 2020    Oxunub:4832
Fevral ayının sonu, martın əvvəlində koronavirus xəstəliyi xaricdən gələn vətəndaşlarla ölkəyə daxil oldu. Ondan sonra xəstəlik halları ölkə daxilində qeydə alınmağa başladı.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cənub zonasında xəstəliyə yoluxma daha çoxdur. “Bu da sərhədlər hələ tam bağlanmaması ilə əlaqədar idi. Müəyyən sayda soydaşımız İrandan daxil olmuşdu. Çox güman ki, onlar arasında xəstəlik daşıyıcıları var idi. Böyük miqyasda testləşmə nəticəsində bunları aşkar edirik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ViktorQasımov   Səhiyyə  





Xəbər lenti