“Koronavirusa yoluxanların çoxu xaricdən gəlib” - İbrahim Məmmədov

“Koronavirusa yoluxanların çoxu xaricdən gəlib” -  İbrahim Məmmədov
  24 Mart 2020    Oxunub:4519
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Sumqayıt və Şəkidə koronavirusa yoluxanların sayının çox olması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Azvision.az -ın məlumatına görə, İ.Məmmədov bildirib ki, hazırda ölkədə virusa yoluxan 61 nəfər var.
“Azərbaycanda olan xəstələrin sayı bölgü aparmağa icazə vermir. Yoluxanların on nəfərdən çoxu yaxın vaxtlarda evə buraxılacaq vəziyyətdədir. Regionların adını çəkməklə, qırmızı alarm rayonu elan etmək mümkün deyil, həm də təhlükəlidir. Bundan çəkinmək lazımdır. Koronavirusa yoluxan 61 nəfərin çoxu xaricdən gəlib, kiçik hissəsi daxildədir”, - deyə İ.Məmmədov qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: İbrahimMəmmədov   Koronavirus  





Xəbər lenti