Kreditlərin ödənilməsi ilə bağlı təkliflər hazırlanır

 Kreditlərin ödənilməsi ilə bağlı təkliflər hazırlanır
  24 Mart 2020    Oxunub:13095
Koronavirus pandemiyası dövründə vətəndaşların kreditləri ödəməsi məsələsi ilə bağlı təkliflər hazırlanır. Prezidentin sərəncamı var ki, iqtisadi artımı saxlamaq, insanların müdafiəsini gücləndirmək, iqtisadi itkilərin vurduğu ziyanı minimumlaşdırmaq üçün təkliflər verilib, İşçi qrupu formalaşdırılıb. İşçi qrupa 15 gün vaxt verilib ki, aprelin 3-nə qədər təkliflər hazırlansın və Nazirlər Kabinetinə təqdim olunsun.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, insanların üzərinə düşən ağırlığa dövlət şərik olacaq və onu yüngülləşdirməyə çalışacaq.

İ.Məmmədov bildirib ki, bunun hansı formada olacağı təkliflərdə öz əksini tapacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Kredit   NazirlərKabineti  





Xəbər lenti