Fövqəladə vəziyyətin elan edilməsi istisna deyil - Nazirlər Kabineti

 Fövqəladə vəziyyətin elan edilməsi istisna deyil -  Nazirlər Kabineti
  24 Mart 2020    Oxunub:3890
Azərbaycanda fövqəladə vəziyyət rejiminin elan olunmasına hələlik ehtiyac duyulmur.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, fövqəladə vəziyyətin elan olunması istisna deyil: "Əgər əhalinin təhlükəsizliyi üçün zərurət yaranarsa, ölkədə fövqəladə vəziyyət elan edilə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Fövqəladəvəziyyət   Azərbaycan  





Xəbər lenti