“İstehsalın dayandırılması gündəlikdə deyil” - Rəsmi açıqlama

 “İstehsalın dayandırılması gündəlikdə deyil” -    Rəsmi açıqlama
  24 Mart 2020    Oxunub:2914
İnfeksiyaya qarşı mübarizədə zəruri olan məhsulların ölkə daxilində istehsalı gündəlikdədir. Bu, qısa müddətdə həll olunan məsələ deyil.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, istehsal sahələrində insanların izolyasiyası nəzərdə tutulmayıb.

“İstehsalın dayandırılması gündəlikdə yoxdur. Qərarlar və qadağalarla həyatın bütün sferalarını əhatə etmək mümkün deyil. İstehsal sahəsində rəhbərlik yoluxma gördükdə zəruri qərar qəbul edə, tədbirlər görə bilər. Situasiyanın mürəkkəbliyi ondadır ki, infeksiya ilə mübarizə aparılmalıdır, həm də ticarət əlaqələri, istehsal olmalıdır ki, ölkədə ərzaq təhlükəsizliyi təmin edilsin".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti