Çində virusa yoluxanların 90%-dən çoxu sağalıb

 Çində virusa yoluxanların 90%-dən çoxu sağalıb
  24 Mart 2020    Oxunub:2636
Çində koronavirus xəstələrinin sayı hər keçən gün azalır. Hazırda 4355 nəfər xəstəxanalardadır, bütün yoluxanların 90%-dən çoxu sağalıb.

Azvision.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.
Qeyd edilib ki, Çinin materik hissəsində təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 81 min 171 nəfərə çatib, onlardan 73 min 159 nəfəri sağalıb. Bu da ümumi halların 90.13% -ni təşkil edir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti