İranda koronavirusdan ölənlərin sayı 1934-ə çatdı

  24 Mart 2020    Oxunub : 1786
 İranda koronavirusdan ölənlərin sayı 1934-ə çatdı
İranda daha 122 nəfər koronavirusun qurbanı olub.

Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla da ölkədə infeksiyadan ölənlərin sayı 1934 nəfərə çatıb.
Ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 24 811, sağalanların sayı isə 8 913 nəfərdir.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: İran