Çinə gələn 427 nəfərdə koronavirus aşkarlandı

   Çinə gələn 427 nəfərdə koronavirus aşkarlandı
  24 Mart 2020    Oxunub:2578
Çinə gələnlər arasında yeni koronavirusa yoluxma 427 halda qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Gen Şuang bildirib. Onun sözlərinə görə, martın 23-ü gecə yarısında 427 idxal olunan yoluxma hadisəsi qeydə alınıb.

Bunların 380-i ölkə vətəndaşı (təxminən 88% -i ), 47-si isə xarici vətəndaşdır.

Qeyd edək ki, son gün ərzində Çində koronavirus qurbanlarının sayı 7, xəstəliyə yoluxanların sayı isə daha 78 nəfər artıb. Ölkədə virusa yoluxmuş 456 nəfər sağalıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti