Azərbaycanda tibbi maska istehsalına başlanılır

Azərbaycanda tibbi maska istehsalına başlanılır
  25 Mart 2020    Oxunub:3176
Təqribən bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maska olacaq: "Son bir ayda Azərbaycanda ən çox maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var".

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti