Uşaqlara görə verilən müavinət artırılacaq

  Uşaqlara görə verilən müavinət artırılacaq
  25 Mart 2020    Oxunub:4072
Azərbaycanda üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində qeyd olunub.

Sazişə əsasən, tərəflər üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə öhdəlik götürüblər.

Azvision.az


Teqlər: Saziş   Müavinət   Uşaq  





Xəbər lenti