Avropada 32 Türkiyə vətəndaşı koronavirusdan öldü

  25 Mart 2020    Oxunub : 1189
Avropada 32 Türkiyə vətəndaşı koronavirusdan öldü
Xarici ölkələrdə yaşayan 32 Türkiyə vətəndaşı koronavirus pandemiyasından vəfat edib.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, dünyasını dəyişən Türkiyə vətəndaşlarının əksəriyyəti Avropa ölkələrində yaşayıblar.

Çavuşoğlu əlavə edib ki, indiyə qədər 17 ölkədən 2850 Türkiyə vətəndaşı vətənə geri gətirilib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Türkiyə   Koronavirus