Gözləmə zallarına giriş dayandırıldı

Gözləmə zallarına giriş dayandırıldı
  25 Mart 2020    Oxunub:1454
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, məqsəd xüsusi karanti rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır. Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur.

Sərnişinlərdən bunu anlayışla qarşılamaları, avtobusu perronlarda gözləmələri xahiş edilir.



Azvision.az


Teqlər: BNA   Nəqliyyat  





Xəbər lenti