İranla sərhədin bağlanması müddəti yenidən uzadıldı

   İranla sərhədin bağlanması müddəti yenidən uzadıldı
  25 Mart 2020    Oxunub:3620
Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Azvision.az


Teqlər: İran   Sərhəd   Qərargah  





Xəbər lenti