Operativ Qərargah: Hazırda 2914 nəfər karantindədir

  Operativ Qərargah:  Hazırda 2914 nəfər karantindədir
  25 Mart 2020    Oxunub:3555
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda, ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Azvision.az



Teqlər: Qərargah   Koronavirus  





Xəbər lenti