Hökumət Evindəki qurumlar üçün xüsusi iş rejimi müəyyənləşdi

Hökumət Evindəki qurumlar üçün xüsusi iş rejimi müəyyənləşdi
  26 Mart 2020    Oxunub:1725
Baş Nazirin müvafiq tapşırığına uyğun olaraq, koronavirus (COVID-19) pandemiyasına yoluxma riskinin qarşısının alınması məqsədilə Hökumət Evində profilaktik və məhdudlaşdırıcı tədbirlər həyata keçirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazir Mikayıl Cabbarovun müvafiq əmri ilə nazirliyin strukturları üçün xüsusi iş rejimi müəyyən olunub.

Nazirliyin Aparatının və strukturlarının yerləşdiyi inzibati binalara giriş-çıxış üçün xüsusi rejim tətbiq edilib. Bununla əlaqədar, nazirliyin Aparatının yerləşdiyi inzibati binada (Hökumət Evi) fəaliyyət göstərən dövlət qurumlarına və təşkilatlara müvafiq tövsiyə məktubları göndərilib.

Eyni zamanda, Baş Nazirin müvafiq göstəriş-məktubuna əsasən, Hökumət Evində fəaliyyəti məhdudlaşdırılmayan qurumlarda iş həftəlik növbəli rejimdə həyata keçirilir.

Bununla yanaşı, Hökumət Evində mütəmadi dezinfeksiya işləri görülür. Növbəti dezinfeksiya martın 27-də aparılacaq.

Azvision.az


Teqlər: HökumətEvi  





Xəbər lenti