Tibb işçilərinin maaşı ilə bağlı yeni təkliflər hazırlanır

 Tibb işçilərinin maaşı ilə bağlı yeni təkliflər hazırlanır
  26 Mart 2020    Oxunub:2920
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mart ayının sonuna qədər koronavirusla mübarizə tədbirlərinə cəlb olunmuş özəl tibb müəssisələrinin işçilərinin əməyinin ödənilməsi şərtlərinə dair təkliflər hazırlayacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarında öz əksini tapıb.

Qərarla Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 gün müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə müəyyən edilib.

Azvision.az


Teqlər: Klinka  





Xəbər lenti