“Sahibkarlar həmrəylik nümayiş etdirməlidir” - Vüqar Bayramov

   “Sahibkarlar həmrəylik nümayiş etdirməlidir” -    Vüqar Bayramov
  26 Mart 2020    Oxunub:3418
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 1 milyard manat vəsaitin ayrılması sahibkarlara dəstəyin gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Azvision.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, koronavirusla əlaqədar Azərbaycan iqtisadiyyatında baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi həyata keçirilir.

"İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət daxil olmaqla 12 fəaliyyət sahəsi müəyyən edilib. Bu da vəsaitdən səmərəli və şəffaf istifadənin təmin olunmasına zəmin yaradır. Sahibkarların gözləntisi və reaksiyası başadüşüləndir. Azərbaycan hökuməti vergi güzəştləri tətbiqini müzakirə etməklə yanaşı, sahibkarlığın, KOB-ların kreditləşdirməsi şərtlərinin yumşaldılması, kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması, özünəməşğulluq proqramının genişləndirilməsi ilə bağlı yeni təşəbbüsləri reallaşdırmaqdadır" - deyə deputat vurğulayıb.

V.Bayramovun sözlərinə görə, sahibkarların sosial məsuliyyətinin artırılması vacib olmaqla yanaşı, güzəştlərin tətbiqi zamanı şəffaf, vicdanlı, sosiallıq nümayış etdirən biznes nümayəndələrinə üstünlük verilməsi də zəruridir.

"Koronavirusa qarşı mübarizə sahibkarların korporativ sosial məsuliyyət prinsiplərinə əməl etməsi və bütövlükdə həmrəylik nümayiş etdirməsini zəruri edir. Belə həsas dövrdə sahibkarların sosial öhdəlikləri qarşılaması vacib amildir. Bu baxımdan sahibkarlar korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq iş yerlərini ixtisar etməməlidir".

Azvision.az


Teqlər: Vüqar-Bayramov  





Xəbər lenti