ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin edildi

ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin edildi
  26 Mart 2020    Oxunub:1318
Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayevə vəzifə verilib.
ATU-dan Azvision.az -a verilən məlumata görə, o, universitetin rektoru Gəray Gəraybəylinin müvafiq əmrinə əsasən, Tədris Terapevtik Klinikasının direktoru vəzifəsini icra edəcək.

Xatırladaq ki, Tədris Terapevtik Klinikasına Samir Allahverdiyev rəhbərlik edirdi.

Azvision.az



Teqlər: ATU  





Xəbər lenti