“Təxribat xarakterli məlumat yayanlar müəyyən edilib” - Vilayət Eyvazov

  “Təxribat xarakterli məlumat yayanlar müəyyən edilib” -    Vilayət Eyvazov
  27 Mart 2020    Oxunub:3222
Bakıya gəlişin məhdudlaşdırılmasına baxmayaraq, bəzi vətəndaşlarımız bilə-bilə həm avtomobil vasitəsilə, həm də postlara qədər maşınla, postdan sonra piyada yollarla keçərək şəhərə girməyə cəhd edirlər.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, qaydalara əməl etməyən 99 nəfər müəyyən olunaraq, onların barəsində tədbirlər görülüb.

Bundan əlavə, V.Eyvazov vurğulayıb ki, sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, təxribat xarakterli məlumat yayan şəxslər də müəyyən edilib. Onların barəsində tədbirlər görülüb.

"Bu gündən etibarən Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşların qaydalara əməl etmələri üçün müvafiq işlər həyata keçirilir", - deyə nazir qeyd edib.

Azvision.az


Teqlər: Vilayət-Eyvazov   Nazir   Polis  





Xəbər lenti