“Karantində olanların sayı 3300-dən çoxdur” - Zaur Əliyev

 “Karantində olanların sayı 3300-dən çoxdur” -    Zaur Əliyev
  27 Mart 2020    Oxunub:3322
Bu gün Azərbaycanda karantində olanların sayı 3300-dən çoxdur, onların əksəriyyəti xaricdən gələnlərdir.

Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ölkə üzrə koronavirusla mübarizəyə 21 xəstəxana ayrılıb: “Təəssüf hissi ilə deməliyəm ki, son zamanlar virusa yoluxmalar daxildə daha çox aşkarlanır. Xəstəxanaya müraciət edən, pnevmaniya diaqnozu qoyulan və digər şəxslərdən yaxma götürülür. Testlər nəticəsində müəyyən olunur ki, onlarda da virus var. Bunun genişlənəcəyini nəzərə alaraq, Bakı şəhərində 6, regionlarda isə 15 xəstəxana ayrılıb”.

Azvision.az


Teqlər: Zaur-Əliyev  





Xəbər lenti