“Digər ölkələrlə müqayisədə bizdə vəziyyət yaxşıdır” - Əli Əsədov

   “Digər ölkələrlə müqayisədə bizdə vəziyyət yaxşıdır” -    Əli Əsədov
  27 Mart 2020    Oxunub:2540
Hazırda digər ölkələrlə müqayisədə ölkəmizdə koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət yaxşıdır.

Azvision.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.
Baş Nazir vurğulayıb ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

"Bütün şəhər və rayon icra hakimiyyətlərinin rəhbərlərinə ən vacib tapşırıq ondan ibarətdir ki, karantinin şərtləri sözsüz icra olunmalıdır və yaşından, vəzifəsindən asılı olmayaraq, heç bir imtiyaza baxmayaraq, hamı buna əməl etməlidir. Qərargahın tələbləri tam şəkildə icra olunmalıdır. Qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək", - deyə Ə.Əsədov qeyd edib.

Azvision.az



Teqlər: Əli-Əsədov   Baş-Nazir  





Xəbər lenti