“Yaşlı insanlar rahat şəkildə küçələrdə, parklarda gəzir” - TƏBİB rəsmisi

“Yaşlı insanlar rahat şəkildə küçələrdə, parklarda gəzir” -    TƏBİB rəsmisi
  27 Mart 2020    Oxunub:3336
"Koronavirus xəstəliyi ilə mübarizənin yeganə yolu çox ciddi şəkildə karantin qaydalarına əməl etməkdir"
Azvision.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə yaşı 65-dən yuxarı olan vətəndaşların küçəyə çıxmasına qadağa qoyulsa da, bir çox hallarda buna riayət olunmur.

"Bizdə dövlətin qorumaq istədiyi yaşlı insanlarımız küçələrdə, parklarda çox rahat şəkildə gəzirlər. Biz onlar üçün bu qədər çalışırıq, onlar isə aqressiv münasibət göstərirlər. Bu isə diqqətsizlik və məsuliyyətsizlikdən irəli gəlir. Biz dəfələrlə demişik ki, gənc və orta yaşlı insanlar xəstəliyi yüngül, orta-ağır formada keçirirlər. Yaşı 60-dan yuxarı olan vətəndaşlar isə xəstəliyi çox ağır formada keçirirlər".

Azvision.az



Teqlər: TƏBİB  





Xəbər lenti