“Xüsusi karantin rejiminə əməl etmək istəmirlər” - İbrahim Məmmədov

“Xüsusi karantin rejiminə əməl etmək istəmirlər” -    İbrahim Məmmədov
  27 Mart 2020    Oxunub:2882
Azərbaycan koronavirusa yoluxmaların sürəti sağalmanın sürətini üstələyir.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda hazırda xəstəliyə yoluxanların sayı 104 nəfərdir. Bu da bizim ölkəmiz üçün rekord göstəricidir:
“Bu gün 29 nəfərdə virus aşkarlandı. Məsələnin qorxulu tərəfi ondadır ki, yoluxmaların sürəti sağalmanın sürətini üstələyir. İndiyə qədər 122 nəfər yoluxub, cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi. Orada da yoluxma həndəsi silsilə ilə gedirdi. Ona görə İspaniyanın səhiyyə sistemi bunun öhdəsindən gələ bilmədi. Biz də buna getməməliyik".

İ.Məmmədov vurğulayıb ki, xüsusi karantin rejimi məcburiyyət, cərimələr tətbiq etməyə imkan verir. Amma hələlik bunu etmək istəmirlər.

"Ümid olunur ki, insanlar fərdi məsuliyyətlərini başa düşəcəklər. Əgər xəstəlik ölkə daxilində genişmiqyaslı epidemiya səviyyəsinə çatarsa, bunun altından çıxa bilməyəcəyik. Ümid olunur ki, tətbiq edilən qaydalara əməl edilsə, bunun qarşısı alına bilər".

Mətbuat katibinin sözlərinə görə, karantin rejiminin üç günü göstərdi ki, insanlar buna əməl etmək istəmirlər.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti