Astarada karantin rejimini pozanlara xəbərdarlıq edildi

Astarada karantin rejimini pozanlara xəbərdarlıq edildi
  27 Mart 2020    Oxunub:2449
Astarada karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Astara rayonunda da davam etdirilir.



Bu məqsədilə Astara RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur.

Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb.





Azvision.az



Teqlər: Astara   Karantin   Koronavirus  





Xəbər lenti